Əli Həsənov: Biz bu dəyərlərlə fəxr edirik

Bugünkü qlobal forumdan istifadə edərək dünyaya çatdırmalı olduğumuz mesajlarımızı ötürdük.
Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov VI Qlobal Forumun Azərbaycan üçün əhəmiyyətindən danışarkən deyib.
Ə.Həsənov vurğulayıb ki, forumda Azərbaycanla bağlı, dünya, həmçinin region dövlətlərinin bəzən ədalətli, bəzən adələtsiz aspektlərini, bunun Azərbaycan cəmiyyətinə təsirini, həm də qlobal dünyanın tərkib hissəsi olaraq problem və uğurlarımızı dünyaya çatdırırıq:
“Azərbaycan Vl Qlobal Forumun hər üç panelində təmsil edildi. Mənim iştirak etdiyim paneldə milli azlıqlar və çoxluqlar məsələsi müzakirə edilirdi. Bilirsiniz ki, Azərbaycan çoxmilətli respublikadır, ölkəmizdə multikultural mühit var, biz bu dəyərlərlə fəxr edirik və bunu bütün dünyaya yayırıq. Lakin Azərbaycanın qarşılaşdığı aqressiv erməni separatizmi var, bu separatizmin kökləri ölkəmizin daxili deyil, xaricindən qaynaqlanır. Bunun kökündə Ermənistan dövlətinin Azərbaycana qarşı ərazi iddiaları, Ermənistan rejiminin Azərbaycan ərazi bütövlüyünü pozması prinsipi, bəzi beynəlxlaq güclərin erməni separatizmini dəstəkləməsi dayanır”.