Əli Mirəliyevdən ŞOK ETİRAF: O qədər xəyanət etmişəm ki...
1-03-2019 17:42
Baxış sayı:
8746

Müğənni Əli Mirəliyev həyat yoldaşı ilə bağlı etiraflar edib. Muxalifet.az xəbər verir ki, yenicag.az-a açıqlama verən müğənni xanımının onun aparıcılıq etdiyi verilişə baxmadığını deyib: "Həyat yoldaşım zamanında çox qısqanc olub. Amma yaşa dolandan sonra məni qısqanmır. Hərdən deyirlər ki, verilişdə qızlarla oriyental oynayırsan, deyib-gülürsən, xanımın əsəbiləşmir ki? Deyirəm yox, xanımım mənim verilişlərimə baxmır. Əsəbiləşib neyləyəcək ki? Yazıq o qədər deyib, yorulub". Mirəliyev dəfələrlə xanımına xəyanət etdiyini də deyib: "O qədər xəyanət etmişəm ki... Amma cavanlıqda. Yoldaşıma da demişəm ki, o xanımlar üç-beş dəqiqəlikdir, amma sən həmişəlik. Bilib ki, sənət adamıyam, belə şeylər olar".