Lift kabinəsi ilə şaxtanın divarı arasında qalıb öldü - BAKIDA DƏHŞƏTLİ OLAY
17-03-2018 11:07
Baxış sayı:
2722

Bakıda lift ustasını elektrik cərəyanı vurub.
Muxalifət.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə dünən, martın 16-sı saat 16:40 radələrində paytaxtın Aydın Nəsirov küçəsi 54 ünvanında yerləşən hündürmətəbəli binada baş verib.
Lift ustası, Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Ədalət Balakişiyev lifti təmir edən zaman onu elektrik cərəyanı vurub. Ə.Balakişiyev müvazinətini itirərək yıxılıb və şaxtada liftin kabinəsi ilə divar arasına düşüb. Orada sıxılaraq ölüb.