​Əlillər cəmiyyətinin sədri MƏHKƏMƏ QARŞINDA: Əlillərin 10 milyonu mənimsənilib

Baxış sayı:
10672

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Hikmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Səlimə Mikayılova ifadə verb. O, təqsirləndirilən şəxsləri tanımadığını deyib: “Atam tərəfindən 85 min manat məbləğində pul Əlilərin binasından ev almaq üçün Məzahir Məcidova verilib”. Şahid qismində ifadə verən Nərimanov rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Əli Həsənov bildirib ki, təsirləndirilən şəxslərin əməlləri barədə məlumatsızdır. O, təqsirləndirilən Niyaməddin Şıxəliyevin şöbənin əməkdaşı olduğunu deyib: “Bizə vətəndaşlar tərəfindən şikayət ərizələri daxil oldu. Biz də bu ərizələri araşdırıb, müvafiq orqana təqdim etdik”. Növbəti proses iyunun 11-də davam edəcək. Səmyar Abdullayev, Hikmət Şükürov və Niyaməddin Şıxəliyev Cinayət Məcəlləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilirlər. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 10 milyon manatdan çoxdur. İttihamdan belə məlum olur ki, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib. Cinayət işində Səmyar Abdullayevdən başqa iki nəfər təqsirləndirilən şəxs var.