Lisin Rusiyanın ƏN VARLISI OLDU
7-03-2018 12:33
Baxış sayı:
4966

Vladimir Lisin Rusiyanın ən zəngin adamı olub.
Muxalifət.az xəbər verir ki, “Forbes” jurnalının hazırladığı reytinqdə onun sərvətinin 19,1 milyard dollar olduğu bildirilib. Lisin ən yaxın izləyicisi Aleksey Mordaşovu 400 milyon dollar geridə qoya bilib. İlk üçlüyü isə 18 milyard dollarla Leonid Mixelson tamamlayıb.
Rusiya milyarderlərinin ilk onluğunda həmçinin “Lukoyl”un rəhbəri Vahid Ələkbərovun da adı yer alıb.
Qeyd edək ki, indiyə qədər hazırlanan siyahılarda Rusiyanın ən zəngin milyarderi Mordaşov olub.