ƏLİYEVLƏ PAŞİNYANIN GÖRÜŞÜ BAŞA ÇATDI - 1,5 saat davam edən görüşün nəticəsi... / VİDEO, FOTO

Baxış sayı:
11992
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb. 
 
Bu barədə Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.
 
O bildirib ki, hazırda görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir.
 
Xatırladaq ki, Ermənistan və Azərbaycan liderlərinin təkbətək görüşünün 1,5 saat davam etməsi haqda xəbər yayılıb. 
 
Danışıqlara yenidən xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri qatılıblar.
 
Görüşün detalları hələlik açıqlanmayıb.