Lukaşenkodan Putinə dəstək: Ukraynaya raket yerləşdirilsə...
22-02-2019 21:54
Baxış sayı:
13102

ABŞ Avropaya yeni orta mənzilli raketlər yerləşdirərsə, buna Rusiya ilə ortaq bir şəkildə qarşılıq verəcəyik.
Muxalifet.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"Əgər ABŞ raketlər yerləşdirərsə, bu məsələdə Rusiya ilə bərabər düşünmək lazımdır. Belə bir şey etsələr, bunun nəticələrindən qaça bilməyəcəklər. Allah qorusun, bu raketlər Ukraynaya yerləşdirilsə, daha pis olar", - Lukaşenko deyib.