Maduro göstərişi verdi: “Türkiyədə bank hesabı açın”

Baxış sayı:
6847

 Venesuela prezidenti Nikolas Maduro Venesuelalı şirkətlərə Türkiyə və Rusiyada bank hesabı açılması göstərişi verib.
 
Venesuelada Nikolas Maduro rəhbərliyinin 50-dən artıq şirkətə Rusiya, Türkiyə, Çin və Hindistanda bank hesapları açmaları yönündə təlimat verdiyi bildirilib.
Şirkətlərin beynəlxalq ödəmələrini bu ölkələrdə açacaqları bank hesabları üzərindən etmələri tövsiyə edilir.
Venesuela iqtisadiyyatı ABŞ-ın qatı sanksiyaları ucbatından dərin bir böhran içərisindədir.
Məlumatlı mənbələrin dediklərinə əsaslandırılan Bloomberg xəbərində, şirkətlərin hakimiyyəti çətin vəziyyətə salmaq üçün istehsalı yavaşlatdığı təqdirdə hökumətin lazımi addımları ataraq həmin firmaları cəzalandıracağı xəbərdarlığının da edildiyi bildirilir.
Müxalifət.az