Maduronun oğuluna sanksiya tətbiq etdilər

Baxış sayı:
3736

ABŞ-ın Xəzinə Nazirliyi Venesuelanın dövlət başçısı Nicolas Maduronun oğlu Nicolas Maduro Guerranın sanksiya siyahısına salındığını bəyan edib.
 
Açıqlamada, sanksiya ilə bağlı bağlı detallar verilməyib.
ABŞ mətbuatına açıqlama verən və adı açıqlanmayan üst səviyyə Ağ Ev rəsmisi Guerraya tətbiq olunan sanksiyanın Karakas hökumətindəki qanunsuzluqların ortaya çıxarma səylərinin bir parçası olduğunu irəli sürüb. ABŞ rəsmisi "Maduronun bölgədə Venesuelanın bütün təşkilatlarında və xüsusilə Milli Məclisdə etdiyi qanunsuzluqların böyüklüyünə diqqəti çəkməyə və sona çatdırmağa çalışırıq" deyə bildirib.
ABŞ-ın Xəzinə naziri Steven Mnuçin isə Nicolas Maduronun Venesuela xalqını yatırtmaq üçün oğlu Guerranı istifadə etdiyini deyərək "Venesuelalılar əziyyət çəkərkən, saxta seçkilər üzərində qurulan Maduro rejiminin iç halqası etdiyi qanunsuzluqlarla lüks içində yaşayır" deyə iddia edib.
Milli Konstitusiya Məclisinin üzvü olan Guerra, eyni zamanda, Prezidentliyə aid Xüsusi Müfəttişlər Təşkilatına da rəhbərlik edir.
Müxalifət.az