​Makrondan Trampa qarşı demarş: Ruhani ilə razılaşdı

Baxış sayı:
2671

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Həsən Ruhani ilə ABŞ-ın nüvə sazişindən çıxmasını müzakirə edib.
Muxalifet.az xəbər verir ki, Yelisey sarayından yayılan məlumatda prezidentlərin razılığa gəldiyi bildirilib.
“Fransa və İran prezidentləri nüvə sazişinə əməl etmək və regionda sabitliyi qorumaq üçün dövlətlərin maraqları daxilində birgə işi davam etdirməyə qərar verdilər”, - məlumatda vurğulanıb.
Makron Ruhanini əmin edib ki, Fransa İranla imzalanan “P5+1” razılaşmasına sadiq qalacaq. Makron Ruhanini də anoloji addım atmağa çağırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp İranla nüvə sazişindən çıxdığını elan edib və bu ölkəyə qarşı sanksiyaların bərpası tapşırığını verib.