Makrondan Türkiyə əleyhinə hədsiz sözlər

Baxış sayı:
4741

Cənubi Avropa ölkələrinin liderlərini bir araya gətirən Maltadakı Avropa Birliyi zirvəsindən sonra çıxış edən Fransa prezidenti Emmanuel Makron, Cənubi Kipr Yunan Rəhbərliyi ilə tam bir həmrəylik içində olduğunu ifadə edərək Yunan tərəfinin suverenliyinə hörmət edilməsi mövzusundakı qətiyyətini vurğulayıb. Makron həddini aşaraq Türkiyəni Şərqi Aralıq dənizi bölgəsindəki fəaliyyətlərinə son verməyə çağırıb: "Kiprlə tamamilə həmrəylik içindəyik və suverenliyinə dəstək veririk. Türkiyə Kiprin iqtisadi bölgəsindəki qeyri-qanuni fəaliyyətinə son verməlidir. Avropa Birliyi bu mövzuda zəiflik göstərmək niyyətində deyil". Müxalifət.az