Matviyenko: Putinin Federal Məclisə göndərdiyi MESAJ
29-05-2018 15:56
Baxış sayı:
4552

Rusiyaya yeni silahlanma yarışı olmadan onilliklər ərzində sülh və sabitlik lazımdır, ancaq bununla belə, Moskva öz maraqlarını bütün qərarlılığı ilə qorumağa hazırdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko deyib.
“Rusiya Prezidentinin Federal Məclisə göndərdiyi mesajında və yeni may fərmanında ölkənin inkişafı üçün genişmiqyaslı vəzifələr formalaşdırılmışdır. Rusiyanın bu proqramı həyata keçirə bilməsi üçün onilliklər ərzində sülh, sabitlik və beynəlxalq əməkdaşlığa ehtiyacı var. Bu dövrdə yeni soyuq müharibə və ya istənilən başqa müharibəyə, silahlanma yarışına, yeni düşmənçilik istiqamətlərinə və bənzər şeylərə qətiyyən ehtiyac yoxdur”, - spiker bildirib.