Mayda Azərbaycanda inflyasiya qeydə alınmayıb

2018-ci ilin aprel ayında Azərbaycanda qeydə alınmış 0,2% səviyyəsində deflyasiyaya qarşı may ayında inflyasiya qeydə alınmayıb.
Muxalifət.az bildirir ki, bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin may ayında Azərbaycanda inflyasiya sıfır səviyyəsində olub. Ərzaq məhsullarının qiymətləri 1,3% ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb”, - deyə məlumatda bildirilir.
2018-ci ilin may ayının sonuna istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,2% (2018-ci ilin aprel ayının sonuna 3,5%), o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2%, qeyri-ərzaq mallarının qiymətləri 3,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% bahalaşıb.