MƏCBURİ KÖÇKÜNÜN EVİNƏ BASQIN – 2 nəfər tərəfindən döyülən ev sahibi xəstəxanaya yerləşdirildi
10-06-2018 10:21
Baxış sayı:
1630

Gəncədə məcburi köçkünlər üçün salınan yeni qəsəbədə döyülmə faktı qeydə alınıb. Belə ki, Kəlbəcərdən olan məcburi köçkün, 1995-ci il təvəllüdlü Süleymanov Elnur Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. E. Süleymanovun sözlərinə görə, o yaşadığı evdə tanıdığı iki nəfər tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır(apa).