​Merkelin Bakı səfərinin Trampla əlaqəsi - Berlinin qorxusu nədir?

Baxış sayı:
5119

Almaniya Rusiya ilə birgə həyata keçirdiyi enerji layihələrindən imtina etməyəcəyini bəyan etməklə ABŞ prezidenti Donald Trampın qarşısında cəsarətli görünməyə çalışır.
Azvision.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyinə müsahibəsində Vaşinqton-Tehran münasibətlərindən, İrana qarşı neft sanksiyaları və Avropanın bu məsələdə rolu barədə danışan amerikalı sabiq diplomat, ABŞ Senatının xarici siyasət məsələləri üzrə keçmiş məsləhətçisi, hazırda Ukraynadakı Amerika İnstitutunun direktor müavini Ceyms Corc Catras deyib.
Catrasın sözlərinə görə, ABŞ Avropa ölkələrinə nifrətlə yanaşır, çünki Vaşinqton düşünür ki, onlar elə məhz bu cür yanaşmaya layiqdirlər. Amerikanın Avropa ilə bu cür davranışına səbəb isə təkcə İranla nüvə sazişində onunla eyni mövqedən çıxış etməməsi yox, həm də enerji daşıyıcılarının diversifikasiyası məsələsində Vaşinqtonun istəyini nəzərə almamaları və Moskva ilə əməkdaşlığı davam etdirmələridir. Catrasın fikrincə, xüsusən də Rusiya ilə birgə “Şimal axını-2” layihəsini həyata keçirən Almaniyanın davranışları ABŞ-ı qəzəbləndirir. Almanlar Vaşinqtonun xəbərdarlıqları qarşısında bir qayda olaraq, yenə də özlərinin "cürətli simalarını" göstərməyə çalışırlar. Lakin mümkün riskləri nəzərə almağa məcburdurlar.
“Vaşinqtonun “Şimal axını-2” qaz boru kəməri layihəsində iştirak edən şirkətlərə qarşı sanksiyaların ikinci dalğasını tətbiq edəcəyilə hədələməsi Almaniyanı narahat edir. Bu mənada, digər enerji təchizatçılarının əhəmiyyəti daha da artır. Elə bu həftə biz Merkelin “Şimal axını-2” layihəsinə alternativ kimi Xəzər dənizindən çıxarılan təbii qazın Avropaya daşınması üçün “Cənub Qaz Dəhlizi” layihəsinin inkişaf etdirilməsi barədə müzakirələr aparmaqdan ötrü Azərbaycana səfər etdiyini gördük.” – deyə, amerikalı analitik bildirib.