Messi və dostlarına TARİXİ “FƏLƏSTİN” ETİRAZI
5-06-2018 17:15
Baxış sayı:
4333

9 iyunda İsrail ilə hazırlıq matçı oynayacağı açıqlanan Argentinaya təpkilər davam edir.
Məssi və komanda yoldaşlarının Dünya Kuboku üçün məşq hazırlıqları etdiyi stadionun önünə gələn bir qrup azarkeş, Argentinanın qanlı formasını nümayiş etdirərək İsraillə oynanacaq məşq hazırlığına etiraz edib.
Azarkeşlər eyni zamanda Fələstinə dəstək bayrağı da qaldırıblar.
Əllərindəki meqafonla Argentinalı futbolçulara müraciət edən futbol icması, “Əgər terrorçu İsrail ilə matç oynayarsanız, tarix sizi də bu terrora ortaq qılar” sözləri səsləndiriblər.
Müxalifət.az