Metronu partladan Cəlilovun son arzusu: “Allahdan bağışlanmamı istəyin...”

Peterburq metrosunu partlan Əkbərjon Cəlilov son günlərini necə keçirib, kimlərlə nələr danışıb? 2017-сi il aprel ayının 3-də Sankt-Peterburq metrosunda partlayış törədən 1995-ci il təvəllüdlü Əkbərjon Cəlilovun terror aktına necə hazırlaşdığı, son günlərində nələr düşündüyü, eləcə də şok telefon danışıqları açıqlanıb. Yada salaq ki, “Sennaya ploşad” və “Texnologiçeksiy institut -2” stansiyaları arasında baş vermiş partlayış nəticəsində 15 nəfər həlak olub, 50-dək çox insan ağır xəsarətlər alıb. Sankt-Peterburq metrosundakı partlayış nəticəsində azərbaycanlı qız Dilbər Əliyeva da həlak olub. Digər azərbaycanlı gənc Zaur Vəliyev isə yaralanıb. Qırğızıstanın Oş şəhərində doğulmuş Ə.Cəlilov əslən özbəkdir. Hələ uşaq ikən ailəsi ilə birlikdə Sankt-Peterburqa gəlib. 2011-ci ildə ailəsi Qırğızıstana qayıdıb, lakin o, işləmək üçün Peterburqda qalıb və hətta Rusiya vətəndaşlığı ala bilib. Gənc terrorçu-kamikadze internetdə bir neçə dini qrupun üzvü olub. Belə qruplardan biri ABŞ-da Boston marafonunda partlayış törətmiş Sarnayev qardaşlarının da vaxtilə üzv olduqları internet birliyidir. Ə.Cəlilovun qoşulduğu qrupların böyük beynəlxalq terror şəbəkənin bir hissəsi olduğunu bildirilər. Bu şəbəkələrin əsas məqsədi gəncləri dinc əhaliyə qarşı terrora cəlb etmək olub. Qırmızı gödəkçəni terrordan bir neçə gün əvvəl təmizlədib 2017-ci ilin martında, terror aktına günlər qalmış Cəlilov bir neçə dəfə bank kartından pul çıxarıb. Sonuncu dəfə terror aktına bir gün qalmış, yəni aprelin 2-də hesabından pul çıxarıb. Martın 5-dən aprelin 1-dək o, supermarketlərdən birindən bir bıçaq, bir qızartma üçün tava, ev təmizliyi üçün müxtəlif kimyəvi məhsullar, o cümlədən, “Duracell” batareyası alıb. Partlayışdan bir neçə gün əvvəl, daha dəqiqi martın 23-də Cəlilov "Lotos" quru təmizləmə məntəqəsinə, terror zamanı üzərində olan qırmızı gödəkçəni təmizlətmək üçün gəlib. Oradakı işçi ilə aralarında belə bir dialoq olub: - Bir paltonu boyaya bilərlərmi? - Mümkündür, amma onu çərşənbə axşamı ala bilərsiniz. - Yaxşı. - Soyadınız? - Cəlilov, Ja-li-lov. Akbar - Əlaqə məlumatlarınız? -Cib telefonum yoxdur. *** 29 Mart saat 13:28-də o, yenidən müşahidə kameralarında görünür. İşçi ona gödəkçəsini verərək deyir: "Çirkli idi, təmizlədik, onu götürə bilərsiniz". Aprelin 3-də o gödəkçənin altında Cəlilov partlayıcı qurğu yerləşdirərək qanlı cinayəti törədəcək, bütün dünyanın xəbər agentliklərinə də məhz həmin gödəkçədəki şəkli ilə tanınacaqdı. Hələlik isə… “Yalnız bir məqsədim var: bu işi başa çatdırım...” Cinayət işi materiallarında onunla özbək dilində etdiyi telefon danışıqları var. Terror aktında 2 gün əvvəl aprelin 1-də Cəlilovla şəxsiyyəti müəyyən edilməmiş şəxs arasında çox ilginc telefon danışığı olub. Naməlum şəxsi bu dialoqda (N) kimi tanıdacağıq. N: "Necədir işlər? Mən dediklərimi açdın? " C: “Yox, hələ açmamışam. Amma demək olar ki, hər şeyi həll etmişəm. Bir şey bir az çatışmır. Bu da işi əngəlləyir". N: "Əskik olan nədir?" C: "Bu sizin üçün gülməli olacaq. Sadə kiçik lampa. Neçə yerə getdim, amma tapmadım. İndi bir lampa axtaram. Sabah, inşallah, tapacam. Bir gün sonra, bəlkə də iki günə hər şey hazır olacaq. " N: "Qardaşım, tələsmə". C: "Mən tələsmirəm, amma sabah çox yaxşı bir fürsət var. Hərəkət etsəm, inşallah yaxşı olacaq. " N: "İndi itlər varsa, yaxşı olar. Məni başa düşürsənmi? " C: "Hündürdən danış, qardaşım". N: "İndi mitinqə gedən itlər var, onlara zərər verməyə ehtiyacı yoxdur. Çünki bu sadə insanlar bizim tərəfimizdədir. Biz də onların tərəfindəyik. Onlar uzun müddətdir gözləyirlər. Əgər onlar zərər çəkərlərsə, "nə oldu?" deyəcəklər. Ona görə də onları deyil, əleyhinə olanlara qarşı bir hərəkət edək. Burda belə məsləhət oldu”. C: "Ok, mən başa düşdüm... " N: "Sənə mailə yolladım. Məktubu yüklə, sənə lazım olacaq şeylər orada yazılıb " D: "Mən artıq bu mərhələni keçdim, inşallah. Yanğın söndürücü artıq hazırdır " N: "Bəs ikinci? " C: "Özümə bir rükzak düzəltdim... " N: "Bir şeyi yadda saxla: evdəki hər şey məhv edilməlidir. Mən sənin kartına pul qoymuşam, onu da suya atarsan. Ya da onu yandırarsan. Evdən çıxanda hər yeri xlorla. İzlər itsin...” C: "Niyə?” M: "Evdə heç nə qalmayacaq. Qoxu, saç, heç nə...” C: "Əgər qalsa, nə olacaq ki? Mənzilim var. Mən kiməm, onlar tapacaqlar ". M: "Əgər bunu etsən, onlar üçün sənin kimliyini tapmaq çətin olacaq". Cəlilov bu yerdə təklif edir ki, o insanların toplaşdığı bir yerə maşınla da girə bilər. N: "Yaxşı. Hər şeyi Allahin iradəsinə buraxın. Ən əhəmiyyətlisi sən bu şeyləri, əlaqələri unutma. Daha sonra hər şeyi təmizləyin. İşi bitirsəniz, yaz ki "Getdim." Əgər ertələsən, "sabaha qaldı" yaz”. C: “Qardaşım, amma səndən bir xahişim var. Mənim üçün dua edin. Mənim adımı söyləməyin, amma Allahdan məni bağışlamasını istəyin. Bunu həqiqətən çox istəyirəm... " M: "Qardaşım, rahat ol. Bu, hər gün edilir. " C: "O zaman Allah səbr versin. Sabah getsəm, inşallah yuxarıda sizi gözləyəcəm . Yalnız bir məqsədim var: bu işi başa çatdırım. Bu mənim məqsədimdir”. N: "Səni tanıyan hər kəs səni xatırlayacaq”. C: "Allah onlardan razı olsun. Orada dua oxuyun”. N: "Biz duanı oxuyuruq". D: "Qiyamət günü məni tapa bilməsəniz, Allahdan diləyin ki, bir qardaşımız vardı... " N: "Bu gün hamımız Allahın iradəsi ilə bir yerdə olacağıq. Peyğəmbər bizi yaxınlaş bizi qucaqlayacaq”. *** Aprelin 2-də onların arasında daha bir telefon danışığı olub. Cəlilov küçədə adamların az olduğunudan gileylənib. N: "Qardaşım, sən seçilmişlərin 100-dən birisən. Unutma. Allah səni qorusun. Peyğəmbərə salam olsun. Səhər çıxdığınız zaman, dediyim hər şeyi et. Və xloru da unutma. " C:"Xloru tapmadı. Apteklərdə yox idi. Sabah bir də baxacağam. Hər yerdə kameralar, yaşadığım yerdə pasport qeydiyyatım var". N: "Qoy səni tapmaları bir az uzun olsun. Dərhal bilməsələr daha yaxşıdır. Qalanı Allahın işidir...”/musavat.com