Millimiz zəif rəqibinə məğlub oldu
6-06-2019 23:36
Baxış sayı:
1843

Azərbaycan U-21 millisi bu gün futbol üzrə Avropa Çempionatının seçmə mərhələsinin ilk oyununda Lixtenşteynə məğlub olub.
Muxalifet.az xəbər verir ki, "Sportpark Eşen-Mauren" stadionunda keçirilən matç 1-0 rəqibin xeyrinə yekunlaşıb.
Bu nəticədən sonra Lixtenşteyn ilk pilləyə yüksəlib, Azərbaycan millisi isə sonuncu yerdə qərarlaşıb.