Miqrantlardan Suriya hökumətinə: Yardım edin!
9-06-2018 19:22
Baxış sayı:
3346

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın nəzarəti altında olan Rukban sığınacağındakı yüzlərlə miqrant Suriya hökumətindən yardım istəyib.
Muxalifet.az xəbər verir ki, miqrantlar sığınacaqda qida olmadığını bildiriblər. Onlar yaxınlarının Dəməşqdən yemək və dərman gətirdiklərini, amma onları da pulla aldıqlarını söyləyiblər.
Qeyd edək ki, Rukban sığınacağında və ABŞ-a məxsus Tanf bazasında təxminən 60 minə yaxın miqrant var. Silahlı müxalif qruplar isə həmin sığınacaqlara yardım çatdırılmasına icazə vermir. BMT isə sığınacağdakı vəziyyəti insan fəlakəti olaraq qiymətləndirib.