​Mir Şahinin telekanalı nə vaxt peyk yayımına başlayır?

Baxış sayı:
9295

Real TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, Real TV-nin martın 12-dən sonra "Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.
Qeyd edək ki, martın 5-də MTRŞ-da "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
Real TV-nin baş direktoru Mir Şahin Ağayevdir.