MKİ-nin Ərdoğanı edam etmək planı… - DƏHŞƏTLİ SSENARİ

Alman yazardan müdhiş açıqlama: “Almaniya kəşfiyyatı MKİ-nin Ərdoğanın edamı mövzusunda planlarına malikdir”
Alman jurnalist və yazıçı Hörstel Türkiyə prezidenti Ərdoğanın üzərindəki təzyiqə işarə edərək, almanların baş verənləri yaxşı dərk edərək Ərdoğan və Türkiyənin yanında yer almasının lazım olduğunu vurğulayıb. ABŞ rəhbərliyinin siyasətlərini də tənqid edən alman yazıçı, "Son super gücün dəli dana kimi hərəkət etməsinin qarşısını almalıyıq" - deyib.
Məşhur Alman jurnalist və yazıçı Kristof R. Hörstel, “NuoViso” kanalına qonaq olub. Aparıcının Dəniz Ucal həbsdən buraxılması və prezident Ərdoğan haqqındakı suallarını cavablandıran Hörstel bir çox ciddi dəyərləndirmələr edib.
Hörstelin açıqlamalarının əsas məqamları bunlardır:
“Dəniz Ucal hadisəsindən kəşfiyyat işi iyi gəlir. Və başqa hallar da var, təəssüf ki. Və yaşadığımız bu hadisə sivil bir müharibə məcrasıdır. Burada dövlət tərəfindən insanlar jurnalistika qiyafəsi adı altında vəzifələndirilir. Və daha sonra çevriliş cinayət təhdidi altında olan dövlət olur".
“Məsələ Ərdoğanın edam edilməsidir”
“Mən 100 faiz əminəm və bu iddia barədə başımı ortaya qoyuram. Ərdoğanın edamı mövzusunda MKİ-nin planlarına alman kəşfiyyatı malikdir. Zəmanət qətidir və bu ölkə bir NATO tərəfdaşıdır".
“Ərdoğan müstəqil olmağı yoxlayır”
“Geri çəkilib baxmaq lazımdır. Ərdoğan nə etmək istəyir? Ərdoğan Vaşinqtondan müstəqil olmağı və iki tərəflə yaxşı bazarlıq etməyi sınaqdan keçirir. Rusiya, İran və Çinlə görüşür. Ümumi baxdıqda, Türkiyənin sülhü dəstəkləyən bu kursunda Almaniya haradadır, bizdən hər hansı bir dəstək alırmı? Ərdoğanın etdiyi şey ən əsas Avropa və Almaniya marağıdır”.
“Super-gücün dəli dana kimi hərəkət etməsinin qarşısnı almalıyıq "
“Burada məsələ anti Amerikançılıq deyil. Əslində bunun özü də axmaqcasına və səhvdir, eləcə də buna qarşıyam. Məsələ, ən son qalan super gücün dəli dana kimi hərəkət etməsinin qarşısını almaqdır. Danalardan üzr istəyirəm, çünki çox kübar heyvanlardır".
“Ərdoğanın getdiyi yolu getməliyik"
“Bu, çox əhəmiyyətlidir və bu məsələdə Ərdoğan tarixi mənada cığır açır. Biz Ərdoğanın etdiyini görmürük, bunu ucaltmırıq, əksinə, adama çətinlik yaradırıq. Əgər biz Almanlar sağalmaq, Merkelin xırda siyasətindən xilas olmaq istəyiriksə, Ərdoğanın getdiyi yolu getmək lazımdır. O halda deyirəm ki, bu gündən tezi yoxdur, birləşməliyik. Dostluq yaradaq və bunu yaşayaq, Ərdoğan və Türklərlə".
“Türklər boyun əymək istəmir"
“Türklər bizdən fərqli bir şey istəmir. Rahatlıq istəyirlər, bölünmək istəmirlər və Vaşinqtona da boyun əymək istəmirlər. Nə özlərinə, nə də qonşularına yaramayacaq heç bir absurd müharibəyə da cəlb olunmaq istəmirlər. Vəziyyət budur. Bundan başqa, iqtisadi-maliyyə mənada kənardan təzyiq tətbiq olunmasını istəmirlər, bu gün olduğu kimi. Türk Lirəsi təzyiq altındadır, boykotvari hərəkətlər var. Ərdoğan bunlara qarşı mübarizə aparır. Biz Almanlar Ərdoğanın yanında olmalıyıq".
Muxalifet.az