​Məktəbdə silahlı insident: ÖLƏN VƏ YARALANANLAR VAR

Baxış sayı:
5416

Rusiyanın Novosibirsk Nəqliyyat Texnologiyaları kollecinin birinci kurs tələbəsi dərs vaxtı odlu silahdan atəş açıb.
Muxalifət.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat katibi məlumat yayıb.
İnsident Barabinskdəki təhsil mərkəzində qeydə alınıb. Tələbə atəş açaraq, əvvəlcə qrup yoldaşını yaralayıb, daha sonra isə intihar edib. Xəsarət alan tələbə xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı məlum deyil.
TASS agentliyi isə hadisə nəticəsində 3 tələbənin yaralandığını yazıb. Onlardan biri güllə yarası alıb, digər ikisi isə eyvandan tullanan zaman sınıq xəsarətləri alıblar.
Artıq regionun qubernatoru Andrey Travnikov hadisə yerinə gəlib. Polis hadisənin başvermə səbəblərinin araşdırır.