​MM-də təklif: Bu məsələ ASAN Xidmətə verilsin

Baxış sayı:
2500

Hər hansı müəssisədə ixtisar olanda ən sonda əlilləri işdən azad etməlidirlər. Təəssüf ki, müəssisələrdə belə məqamlarda ilk növbədə onları uzaqlaşdırırlar.
Bu sözləri millət vəkili Siyavuş Novruzov “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi barədə müzakirələr zamanı deyib.
Millət vəkili bildirib ki, dövlət qanunvericilikdə bunu nəzərə alıb, lakin bəzi sturukturlar buna nəzarət etmir:
 “Əmək müfəttişliyi və digər sturukturlar buna nəzarəti gücləndirməlidir. Deputat həmkarıma, eləcə də mənə bununla bağlı çoxlu müraciətlər edilir. Bundan başqa əlilliyin verilməsində və müəyyən edilməsinə də ciddi problemlər var. Bu məsələ də həllini gözləyir”.
Millət vəkili Hadı Rəcəbli də ölkədə əlilliklə bağlı bir çox məsələlərin həlli ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri ilə müzakirə apardıqlarını deyib:
 “Əlilliyin müəyənləşməsində problemlər var. Yeni rəhbərliklə bu məsələni həll etmişik. Əlilliyin müəyyənləşməsində yeni baxış olacaq. Əlillərin sosial müdafiəsində baş prinsip məşğulluqdur. Bu gün II və II qrup əlillərlə bağlı bu məsələ pozulur. Sentyabr-oktyabr ayında bu məsələdə qanunlara əlavələrlə bağlı parlamentdə müzakirələr aparmağı planlaşdırırıq”.
Birinci vitse-spiker Ziyafət Əsgərov əlilliyin müəyyən edilməsi ilə bağlı problemin birdəfəlik həll edilməsi üçün məsələnin ASAN Xidmətə verilməsini təklif edib:
“Bundan həm vətəndaşlar süründürməçilikdən xilas olar, həm də nazirliyin canı qurtarar. Düzdür, bunun üçün ASAN Xidmətin imkanlarını da nəzərə almalıyıq. Lakin hesab edirəm ki, bu məsələ problem tam həll edə bilər”.