“Mən rüsumları, divarı sevirəm..." - TRAMP PARODİYA EDİLDİ
17-02-2019 11:44
Baxış sayı:
2164

Amerikalı məşhur aktyor Alek Boldvin “Saturday Night Live” adlı teleşousunda ölkə başçısı Donald Trampı parodiya edib və onun fövqəladə vəziyyət elan etmək qərarına gülüb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “HollivudReportyor” nəşri yazıb.
Məlumata görə, veriliş zamanı “Tramp” Meksika sərhədindəki divarların ona təhlükəsizliyi təmin etmək üçün lazım olduğunu qeyd edib, daha sonra ona Çinə qarşı rüsumlar barədə suallar ünvanlandırılıb.
“Mən rüsumları sevirəm. Divar qədər olmasa da onları da sevirəm. Hamı fövqəladə vəziyyətin nə üçün lazım olduğunu bilməlidir. Mən bunu etməliyəm, çünki istəyirəm”, - aktyor bildirib.