Monqolustan Rusiyaya yardım əlini uzatdı
4-07-2019 20:57
Baxış sayı:
5320

Ölkəmiz İrkutsk bölgəsindən olan 100 uşağı yay düşərgələrində yerləşdirməyə hazırdır.
Muxalifet.az xəbər verir ki, bu barədə Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın mətbuat xidməti məlumat yayıb.
Məlumatda həmçinin sözügedən bölgədə baş verən təbii fəlakətdən dolayı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verildiyi də bildirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl İrkutskda baş verən sel fəlakətində 21 sakin ölüb, 14-ü isə itkin düşmüşdü. Bundan əlavə, yüzlərlə insan evsiz-eşiksiz qalıb.