Moskvada alışan təyyarədə 41 nəfər öldü – FOTO/VİDEO / YENİLƏNİB

İstintaq Komitəsi "Sukhoi Superjet 100" təyyarəsinin içində olan 78 insandan yalnız 37-nin sağ qalması haqqında məlumatlara malikdir.
TASS agentliyinin yazdığına görə, bu haqda idarənin rəsmi nümayəndəsi Svetlana Petrenko jurnalistlərə bildirib.
"Moskva-Murmansk reysi ilə uçan avialaynerin içində ekipaj üzvləri də daxil olmaqla, 78 nəfər var idi. İstintaq Komitəsinin əlində olan dəqiqləşdirilmiş məlumatlara görə, onlardan 37-i sağ qalıb", - o deyib.
İstintaq Komitəsi fövqəladə hadisənin səbəbləri üzrə bir neçə versiyaya baxır.
***
Ölən və zərərçəkənlər haqqında ziddiyyəli informasiyalar hərəkət edir.
“RİA-Novosti” agentliyi Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən 1 nəfərin həlak olduğunu, 4-nün yaralandığı yazıb. “Moskva” agentliyi 10 nəfərin öldüyünü bildirib. TASS agentliyi tibb işçilərinə istinadən "Superjet" təyyarəsinin qəzalı enişi zamanı 13 nəfərin həlak olduğunu xəbər verib.
“Aeroflot” şirkətinə məxsus təyyarədə 78 nəfər - 73 sərnişin və ekipajın beş üzvü olub. Yanğın artıq söndürülüb.
***
Murmansk vilayətindən gələn "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb.
"SU-1492" reysini yerinə yetirən "RA-89098" bort nömrəli "SSJ-100" tipli təyyarə Bakı vaxtı ilə saat 18:50-də havaya qalxıb.
Təyyarə uçuşdan 28 dəqiqə sonra Şeremetyevo aeroportuna təcili qayıdıb və təcili eniş etmək istədiyi bildirib. Təyyarə mürəkkəb meteoroloji şərtlərə görə yalnız ikinci cəhddən enməyi bacarıb.
***
Moskvanın Şeremetyevo aeroportunda sərnişin təyyarəsi yanıb.
Bu haqda “112” Telegram-kanal bildirib.
Kanalın məlumatına görə, layner Moskva-Murmansk reysini yerinə yetirirdi. Təyyarə eniş edərkən yanmağa başlayıb. Hadisənin görüntüləri sərnişinlərdən biri tərəfindən qeydə alınıb.
İlkin məlumatlara əsasən, zərərçəkən yoxdur.
Hadisə yerində yanğınsöndürənlər işləyirlər. Həmçinin bildirilir ki, aeroport uçuş və enişə bağlanıb, bütün reyslər təxirə salınıb.