“Moskvada bizdən qorxurlar” - PAŞİNYAN

Baxış sayı:
4042

 “Mən anlayıram ki, Moskvada bizdən qorxurlar, lakin danışıqlarımızdan sonra bütün narahatlığın aradan qalxacağını düşünürəm”.
 
Bu barədə Ermənistanın yeni baş naziri Nikol Paşinyan “Rossiya 24” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri dəyişəcək: “Lakin bu, yaxşılığa doğru dəyişiklik olacaq. Ermənistanın xarici siyasətində ciddi dəyişikliklər olmayacaq”.
Qeyd edək ki, mayın 14-də Soçidə keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində Paşinyanın Putinlə görüşü gözlənilir.