​Moskvada terakt planlaşdıran DƏSTƏ YAXALANDI

Baxış sayı:
4237

Qələbə günü Moskvada terror aktları planlaşdırılan dəstə saxlanılıb.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotova istinadən məlumat yayıb.
Onun sözlərinə görə, əməliyyat zamanı partlayışlar planlaşdıran və bunun üçün xüsusi silahlar hazırlayan bir neçə dəstə saxlanılıb.
“Onlar Suriyadan Rusiyanın Yeni Urenqoy şəhərinə gəliblər. 17 ünvanda axtarışlar aparılıb, 20 nəfər həbs edilib”, - Sıromolotov deyib.
O qeyd edib ki, aprelin 21-24-ü aralığında 26 terrorçu zərərsizləşdirilib.