Mərhum jurnalistin oğlu oldu - ÖZ ADINI QOYDULAR
9-06-2018 11:28
Baxış sayı:
3109

Bir müddət əvvəl dünyasını dəyişən jurnalist Natiq Qədimovun övladı olub.
Muxalifət.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı mərhumun dostları sosial şəbəkədə paylaşıb. Onlar bildiriblər ki, jurnalistin oğluna "Natiq" adı qoyulub: "Dostlar, Natiq Qədimov ikinci dəfə dünyaya gəldi!"
Qeyd edək ki, tanınmış jurnalist ötən ilin noyabr ayında infarktdan dünyasını dəyişib.