Məscid tikən 9 fəhlə 60 metr hündürlükdən yıxılıb

Baxış sayı:
4564

Tacikistanın paytaxtı Düşənbədə Mərkəzi Asiyanın ən böyük məscidinin tikintisi zamanı 9 inşaat işçisi 60 metr hündürlükdən yerə yıxılıblar. 
Bu barədə Tacikistanın Fövqəladə Vəziyyətlər Komitəsinin mətbuat xidməti məlumat yayıb. 
Qeyd olunur ki, insidentə səbəb məscidin tikintisində istifadə olunan metal inşaat iskələlərinin çökməsidir. Nəticədə 60 metr hündürlükdən yerə yıxılan 9 nəfərdən 8-i müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Yaralanan bir nəfər işçi isə xəstəxanaya getməkdən imtina edib. 
Düşənbədə tikilən Mərkəzi Asiyanın ən böyük məscidinin sahəsi 6 hektar ərazisini əhatə edəcək və orada eyni vaxtda 120 min müsəlman ibadət edə biləcək./Azvision