Məşhur gözəllik yarışmasında yeni qayda: daxili gözəlliyə baxacaqlar

Baxış sayı:
5466

ABŞ-ın ən nüfuzlu gözəllik yarışması “Miss Amerika”nın qaydalarında dəyişiklik edilib.
 
Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, bu haqda yarışmanın təşkilatçıları məlumat yayıb. Onlar bildiriblər ki, artıq iştirakçıların daxili gözəlliyinə əhəmiyyət veriləcək.
Münsiflər iştirakçılarla söhbət edib, onların daxili aləmini araşdıracaq və qiymətləndirəcək. Bundan əlavə modellər podiuma özlərini rahat hiss etdikləri, zövqlərinə uyğun geyimlə çıxacaq. Müxtəlif bədən ölçülü qadınlar da müsabiqədə iştirak edə biləcək.
Şirkət modelləri çimərlik geyimi geyinməyə icazə verməyəcək. Bu qərarı sosial şəbəkədə “#byebyebikini” haştağı ilə yayıblar.