Məşhur müğənni HƏBS OLUNDU
23-02-2019 09:10
Baxış sayı:
3781

ABŞ-da əvvəllər 10 maddə üzrə cinsi zorakılıqda ittiham olunan müğənni R.Kelly həbs edilib.
Bu barədə Çikaqo polis idarəsinin rəsmi nümayəndəsi Entoni Qulyelmi "Twitter"də yazıb.
O, artistin hazırda həbs olunduğu, fevralın 23-də isə məhkəmə qarşısına çıxarılacağını bildirib./Publika