​Mətbuata gizli xəbər sızdırıb - ABŞ-da növbəti İSTEFA XƏBƏRİ

Baxış sayı:
2587

ABŞ Baş prokuroru və Ədliyyə naziri Ceff Seşns Federal Təhqiqatlar Bürosunun (FTB) yüksək vəzifəli nümayəndəsini istefaya göndərib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Seşns bəyanat yayıb.
O, Endryu Makkeybin istefaya göndərilməsinin səbəbini açıqlayıb: “Makkeyn dəfələrlə gizli məlumatları mətbuata sızdırıb. Bununla bağlı araşdırmalar aparılıb və nəticələr mənə açıqlanıb. Bundan sonra onu istefaya göndərdim”.
Məlumatlara görə, Makkeyb martın 18-də təqaüdə çıxmalı idi. Bu qərar onu yüksək təqaüddən məhrum edə bilər.