Müharibə hər an başlaya bilər! Son anda qarşısı alındı

Baxış sayı:
7450

Pakistan Dəniz Qüvvələri Hindistanın sualtı qayığının Pakistanın ərazi sularına girməsinə maneə törədildiyini bildirib.
 
Donanmadan verilən açıqlamada, bir Hind sualtı gəmisinin səhər saatlarında Pakistana ərazi sularına girməyə cəhd etdiyi bildirilib.
Açıqlamada, sualtı gəminin ölkənin ərazi sularına girməsinə maneə törədildiyi və gəminin Hindistan sularına qayıtmaq məcburiyyətində qaldığı qeyd edilib.
Açıqlamada, “Sülhü qorumaq üçün Hind sualtı gəmisi hədəf alınmadı.Bu da bir daha Pakistanın sülh istəyini əks etdirir” deyilib.
Bundan başqa açıqlamada, "Hindistan sülhə meylli olduğunu göstərməlidir. Pakistan ordusu istənilən təcavüzə dərhal cavab verəcək” deyə bildirilib.
Müxalifət.az