Mülki əhali AFRİNİ TƏRK EDİR

Baxış sayı:
5752

Türk Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birlikdə davam etdirdiyi “Zeytun Budağı” Hərəkatı çərçivəsində Afrin mərkəzinə çatıldı. Təhlükəsizliklərini təmin etmək istəyən əhali terrorçuların təzyiq və hədələrinə rəğmən Afrinin mərkəzini tərk etməyə başlayıb.
 
Hərəkat çərçivəsində TSQ və ASO gücləri Afrinin şəhər mərkəzinə yaxınlaşan kimi əhali evlərini tərk etməyə başlayıb. Afrində yaşayan mülki əhalinin yanlarına aldıqları bəzi əşyayla Afrinin cənubundakı və rejim nəzarətində olan Nubul və Zəhra bölgələrinə getdikləri bildirilib. Uzun maşın konvoyu ilə bölgədən ayrılan vətəndaşların bəzilərinin rejim nəzarətindəki bölgələrə yerləşdikləri, bəzilərinin isə Münbiç istiqamətində hərəkət etdikləri bildirilib.
Müxalifət.az