Musa Yaqubun oğlu: “Atam xəbəri eşidib kövrəldi”
25-05-2019 14:58
Baxış sayı:
2869

“Musa Yaqub xəbəri eşidib sevindiyindən kövrəldi”.
Bunu Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqubov deyib.
O, bildirib ki, Musa Yaqub xəbəri öyrənəndə sevincdən kövrəlib: “Xəstəliyi davam edir deyə özünü bir qədər narahat hiss elədi, hazırda dincəlir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Musa Yaquba Xalq şairi adı verilib./Unikal