Ən yaxşı HHM batareyası: yarış... - Foto
30-05-2018 22:51
Baxış sayı:
10342

Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının təlim mərkəzində “Ən yaxşı HHM batareyası” adı uğrunda yarış keçirilir.
Muxalifet.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışlara müxtəlif zenit-raket kompleksləri və zenit qurğuları batareyalarının döyüş heyətləri cəlb olunub.
Bir neçə mərhələdən ibarət yarışlar zamanı batareyaların döyüş heyətləri atış, atəşin idarəolunması, texniki, fiziki, taktiki, atəş və xüsusi hazırlıq üzrə bacarıqlarını nümayiş etdirəcək.
Yarışların yekun nəticələrinə görə ən yaxşı HHM batareyası müəyyən ediləcək.