Nasist Zatulinin xələfi Kosaçyev Azərbaycanı TƏHDİD ETDİ - Rusiya Ermənistanı müdafiə edəcək

Baxış sayı:
3598

Bölgədə vəziyyət “gərginləşsə” Rusiya KTMT çərçivəsində Ermənistan qarşısında götürdüyü öhdəlikləri qətiyyətlə yerinə yetirəcəkdir. Muxalifet.az bildirir ki, bu haqda Sputnik Ermənistan-a Rusiya Federasiyasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçyev məlumat verib. Kosaçyevin fikrincə, Rusiyanın Ermənistana münasibəti Cənubi Qafqaz ölkəsinin mənafelərinə və hərbi potensialına əsaslanmır. Bu bəyanat yəqin ki, Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll variantına cavab kimi nəzərdə tutulur. “Rusiyanın xarici siyasətində əhəmiyyətli olanların miqyası cədvəlini müəyyənləşdirdiyimiz zaman, ölçü, amili, əhali, silahlı qüvvələrin imkanları həlledici rol oynamır. Bizim üçün bütün tərəfdaşlar eyni dərəcədə vacibdir. Rusiya, SSRİ-dən fərqli olaraq, “böyük və kiçik qardaş” münasibətləri qurmağa çalışmır”-deyərək Kosaçyev qeyd edib. Onun sözlərinə görə, "KTMT və Aİİ-da hamının bərabər hüquq və imkanları var. Moskvada başa düşürlər ki, əgər digər tərəfdaşların iqtisadiyyat yaxud, hərbi baxımdan zəifliyini və ya zəif tərəflərini əsas götürərsə, bu tam inteqrasiyaya mane olacaq". Bu "Zatulinsayağı" bəyanatdan sonra Rusiyanın Dağlıq Qarabağ münaqişəsində "ədalətli" davranaraq, münaqişəni beynəlxalq hüquq çərçivəsində həll edəcəyini gözləmək, sadəcə "siyasi bəsirətsizlik" olar. Muxalifet.az