NATO hesabatında bir ilk: YPG PKK-nın SURİYA QOLUDUR

NATO Parlament Assambleyasındakı Türk nümayəndə heyətinin rəhbəri Əhməd Çonkar, NATO Parlament Assambleyasının Varşavada keçirdiyi Baş Məclisində etirazlara baxmayaraq, PYD/YPG-nin, PKK-nın Suriya qolu olduğu ifadəsinin açıq və dəqiq bir şəkildə hazırlanan hesabatda yer almasının təmin olunduğunu bildirib
Çonkar, toplantı ilə bağlı bu fikirləri bildirib:
“Siyasi Komissiyada baxılan “Cənubdakı qeyri-sabitlik” başlıqlı hesabata dair aparılan qiymətləndirmələrdə, tərəfimizdən PYD/YPG-nin, PKK-nın Suriya qolu olduğunu iştirakçılara bir daha xatırlatmış, bu məqamın da NATO PA-nın hesabatında mütləq bu şəkildə ifadə edilməsinin lazım olduğu qeyd edilmişdir. Bu vəziyyətə bəzi millət vəkillərinin etirazları da olmuşdur".
Türk heyətinin, uzun müddətdir analoji toplantılarla PKK ilə PYD/YPG-nin eyni təşkilat olduğunu iştirakçılara dəlilləri ilə isbat olunduğunu xatırladan Çonkar, bunları deyib:
İLK DƏFƏ YER ALDI
“Nəticədə NATO PA üzvlərinin əksəriyyəti bu etirazları nəzərə almamış və yalnız bir üzv istisna olmaqla, ölkəmizin və nümayəndə heyətimizin haqlı tezisinə dəstək vermişdir. Nəticə olaraq da bir NATO Parlament Assambleyasının hesabatında ilk dəfə PYD/YPG-nin PKK-nın Suriya qolu olduğu ifadəsinin açıq və dəqiq bir şəkildə yer alması təmin olunmuşdur. 2018-ci ilin noyabrında NATO PA-nın payızda keçiriləcək Baş Məclisində da hesabatın bu şəklinin qəbul edilməsi vəziyyətində PYD/YPG-nin, PKK-nın Suriya qolu olduğu və eyni terror təşkilatı olduğu qeydiyyata alınmış olacaq".
Çonkar, həmçinin hesabatda PYD-nin, Suriyanı baza olaraq istifadə etdiyi, Türkiyəyə qarşı hücumlar etməsi mövzusundakı arqumentlərə də yer verildiyini bildirib.
Bunlara əlavə olaraq, Türkiyənin Astana prosesi ilə regionda sülh üçün səy göstərməsi ilə yanaşı, “Zeytun Budağı” Hərəkatı ilə PYD-ni sərhədlərindən uzaqlaşdırması məqamının da hesabata daxil etdirildiyini vurğulayan Çonkar, bir NATO hesabatında bu cür ifadələrin yer almasının Türkiyə üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd edib.
Müxalifət.az