NATO qərargahına bombalı hücum – ÖLƏN VƏ YARALANANLAR VAR
24-02-2018 14:12
Baxış sayı:
4414

Əfqanıstanda bu gün 3 dəfə ard-arda partlayış hadisələri baş verib.
Muxalifət.az xəbər verir ki, paytaxt Kabildə kamikadze özünü NATO-nun və ABŞ səfirliyinin yerləşdiyi binanın yaxınlığında partladıb.
Rəsmi açıqlamalara görə, hadisə zamanı ən az 1 nəfər həlak oub. Xəstəxanaya aparılan yaralıların vəziyyəti ağırdır.
Helmand vilayətində ard-arda baş verən partlayışlarda 3 təhlükəsizlik xidməti əməkdaşı həlak olub, çox sayda dinc sakin yaralanıb.
Hücumun məsuliyyətini Taliban terror təşkilatı öz üzərinə götürüb.