​NATO sərhədimizə ordu yığır - LAVROV

Baxış sayı:
8473

NATO-nun Şərqə doğru genişlənməsi yanlışdır və bizə verilən vədlərin pozulmasıdır.
Muxalifət.az xəbər verir ki, bunu Serbiyanın BETA agentliyinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, NATO-nun genişlənməsi Avropada təhlükəsizlik və stabilliyə ciddi zərər vurur:
“Biz dəfələrlə NATO-dakı həmkarlarımızı xəbərdar etmişik ki, bu genişlənmə xətti təkcə hər şeyin məhvi deyil, bu, həm də bizimlə 1990-cı ildə əldə edilən razılaşmanın pozulmasıdır. Onlar sərhədlərini Şərqə, bizim sərhədlərə yaxınlaşdırırlar. Rusiya sərhədlərində NATO kontingentləri yerləşdirilib. Bu, razılaşmalara ziddir. NATO-nun etdikləri heç kimin, o cümlədən Balkanların da təhlükəsizliyini artırmır”.