NATO-ya qorxulu çağırış: “Təcili döyüş gəmilərini göndərin”!

Ukraynanın dövlət başçısı Petro Poroşenko NATO-ya Rusiyanın hücum ehtimalına qarşı Qara dənizə təcili hərbi gəmilər göndərməklə bağlı çağırış edib.
Poroşenko ABŞ-ın “Fox News” kanalına verdiyi açıqlamada, "NATO gəmilərinin Qara dənizdə varlığını artırmalıyıq. Krımın ilhaq edilməsindən sonra Qara dənizdə qüvvələr tarazlığı tamamilə yox oldu" deyib.
"Rusiyanın Qara dənizdə təcavüzkar mövqeyini davam etdirə biləcəyini" ifadə edən Ukraynalı lider, "Ukrayna gəmilərinə daha əvvəl hücum etdilər. Buna görə də NATO gəmilərinin varlığı sabitliyi təmin edəcək" deyə söyləyib.
Rusiyanın Krımda hərbi varlığını gedərək gücləndirdiyini söyləyən Poroşenko, "Putin Krımı raket yerləşdirmək üçün istifadə edir. Krımda Rusiya Dəniz Qüvvələrinin varlığı ciddi şəkildə artırıldı. Bu vəziyyət çox əhəmiyyətldir,i təhlükə meydana gətirir və bölgədə qeyri-sabitlik yaradır" deyib.
Poroşenko "Əgər beynəlxalq koalisiya kifayət qədər güclü olsa, effektiv sanksiyalar davam edərsə, bütün bu təzyiq vasitəsi işə yarayar, Putinlə bu dildə danışmaq öz nəticəsini verər" deyib.
Qeyd edək ki, NATO-nun baş katibi Jens Stoltenberg, Rusiyanın beynəlxalq normaları pozduğu üçün NATO-nun Qara dənizdə varlığını artırmağa hazırlandığını açıqlamışdı.
Müxalifət.az