​Nazarbayev söz verdi: Vergilər azaldılır

Baxış sayı:
5836

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2019-cu il yanvarın 1-dən etibarən vergiləri aşağı salacağına söz verib.
 
Muxalifət.az xəbər verir ki, bunu Nazarbayev parlamentin iclasında söyləyib. Onun sözlərinə görə, aşağı əmək haqqı alan 2 milyon vətəndaş üçün isə vergi 10 dəfə azalacaq:
“Vergilərin azaldılması qazaxıstanlıların əmək haqqının artırılmasına yönəldilib. Nəticədə ölkədəki işçilərin üçdə birinin əmək haqqı şirkətlərə əlavə yük olmadan qalxacaq”.