​Nazarbayevdən yeni təklif: Meqa infrastruktur...

Baxış sayı:
1627

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrə Avrasiya yüksək sürətli dəmiryolu magistralı layihəsini həyata keçirməyi təklif edib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Nazarbayev Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin dövlət başçılarının 18-ci toplantısında çıxışı zamanı deyib.
Nazarbayev yüksək keyfiyyətli iqtisadi artım üçün meqa infrastruktur layihələrini həyata keçirməyi təklif edib. Onun sözlərinə görə Pekin-Astana-Moskva-Berlin dəmiryolu xəttinin istismara verilməsi ŞƏT və AİB arasındakı qarşılıqlı əlaqələrin perspektivli formatını birləşdirməyə imkan yaradacaq.