Nazir: Türk ordusu İraqın daxilinə doğru irəliləyir
2-06-2018 21:52
Baxış sayı:
12451

Türkiyə qoşunları Şimali İraqın daxilinə doğru irəliləyib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı xalq qarşısında çıxış edən Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
Nazir həmçinin İraqın 26-27 kilometrinə qədər daxil olan türk əsgərlərinin Qandil şəhərinə çatmasına az qaldığını bildirib. Soylu ordunun İraqdakı PKK terror təşkilatının üzvlərini məhv edəcəyini bildirib.