​Nazirlik: Bakının subasma sahələrində gərginlik müşahidə edilir

Baxış sayı:
1609

Bakının subasma sahələrində müşahidə olunan gərginlik davam edir.
 
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
Ə.Qaralovun sözlərinə görə, Binəqədi rayonunda 1-ci mədən yaşayış sahəsində, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginik müşahidə edilir.
 
Mütəxəssis bildirib ki, Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində, Şuşa şəhərciyi, daş karxanası yaşayış massivində, Zabrat-Məhəmmədi, Savalan subasma sahəsində, Xəzər rayonu Qala qəsəbəsində subasma sahəsində də stabil gərginlik var.