Nazirlər Kabinetinin Aparatında ixtisara düşən və düşməyən şöbə müdirləri - TAM SİYAHI

Baxış sayı:
8294

Nazirlər Kabineti Aparatında dəyişiklik edilib.
 
Muxalifət.az modern.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirilib.
 
Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb.
 
Neft və kimya məsələləri şöbəsi, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi və Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi digər müvafiq şöbələrlə birləşdirilib.
 
Baş nazirin Katibliyinin rəisi vəzifəsi yaradılıb.
 
Struktur islahatı nəticəsində Nazirlər Kabinetinin Aparatında aşağadakı şöbə müdirləri ixtisara düşüb:
 
Neft və kimya məsələləri şöbəsinin müdiri Əsgər Aslanov;
 
Kənd təsərrüfatı məsələləri şöbəsinin müdiri Əli Məmmədov;
 
Regionların inkişafı məsələləri şöbəsinin müdiri Nizami Mustafayev;
 
Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsinin müdiri Qurban Sadıqov;
 
Ekologiya məsələləri şöbəsinin müdiri Zemfira Sairbəyzadə;
 
Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev.
 
Beləliklə, hazırda Nazirlər Kabinetinin Aparatında hazırda aşağıdakı şəxslər təmsil olunurlar:
 
NazirlərKabinetiAparatınınrəhbəri – Ağabala Hacıyev
 
Baş nazirininKatibliyininrəisi – təyinat yoxdur
 
Baş nazirinin köməkçisi – Tofiq Sarıcalinski
 
Baş nazirinin köməkçisi – Natiq Əzizov
 
Baş nazirinin köməkçisi – Sabir Bayramov
 
Hüquq şöbəsinin müdiri – Günəş Vəliyeva
 
Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri – Şahin Sadıqov
 
Humanitar və sosial məsələlər şöbəsinin müdiri – Musa Ələkbərov
 
Beynəlxalq əlaqələr şöbəsinin müdiri – Ağadayı Ağayev
 
Sənaye və energetika məsələləri şöbəsinin müdiri – Elşən Hacızadə
 
Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri – təyinat yoxdur
 
Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri – Qulu İmanquliyev
 
Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri – Şahin Salahov
 
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri – Vəfa Əliyeva
 
Mətbuat xidmətinin rəhbəri – Akif Əli
 
İşlər müdiri – Süleyman Şəfiyev
 
Azərbaycanın Baş naziri Novruz Məmmədovdur.