Nensi Pelosinin təyyarəsi bu saatlarda Tayvana enəcək…

Baxış sayı:
3423

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin göyərtəsində olduğu təyyarənin Tayvan yarımadasına Bakı vaxtı ilə saat 18.20-də enəcəyi gözlənilir.

Muxalifet.az CNN-ə istinadən xəbər verir ki, tanınmayan Tayvanın hökumət təmsilçisi və ABŞ-ın dövlət məmurlarından birinin məlumatına görə, siyasətçinin Asiya səyahəti çərçivəsində adanı da ziyarət edəcəyi gözlənilir.

Qeyd edək ki, konqresin sədri turne çərçivəsində Yaponiya, Cənubi Koreya, Sinqapur və Malayziyaya səfər edir. Bu gün o, Malayziyada səfərdə olub.