Nərimanov rayonunda yanğın - Tüstüdən zəhərlənən var
14-06-2019 14:46
Baxış sayı:
9775

Bakıda yanğın faktı qeydə alınıb. Muxalifet.az-a FHN-dən verilən məlumata görə, yanğın paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib. Məlumata görə, binanın 9-cu mərtəbəsinin pilləkən qəfəsində 4 m² sahədə məişət tullantıları, 2 ədəd istifadəyə yararsız rəf, çardağın taxta atmaları 10 m² sahədə və texniki otaqda 15 p.m kabel yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.