Nüvə partlayışlarını gizlətmək istəyirlər, ancaq biz... - Rusiya
11-05-2018 20:16
Baxış sayı:
4525

Xarici ölkələrdə nüvə partlayışlarının gizlədilməsi üçün layihələr hazırlanır. Rusiya isə bu cür hadisələri izləmək üçün yollar axtarır.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Xüsusi Nəzarət İdarəsinin rəhbəri İqor Tokarev deyib.
Nüvə silahına malik dövlətlərin gizlicə nüvə sınaqları aparmağa başladıqlarını deyən Tokarev nüvə partlayıcıların gücünün azaldılması, partlayıcıların gömüldüyü dərinliyinin artırılması və sınaqların seysmik dalğa əmələ gəlməsinin intensivliyini azaldan geoloji süxurlarda keçirilməsi kimi imkanların istifadə edildiyini vurğulayıb.